Yan Sommer həftənin oyunçusu oldu

"İnter"in qapıçısı Yan Sommer Çempionlar Liqasında həftənin oyunçusu seçildi.
90plus.az xəbər verir ki, isveçrəli Sommer səsvermədə PSJ-nin müdafiəçisi Əşrəf Hakimini qabaqlayıb.
Qeyd: 36 yaşlı qolkiper "Barselona" ilə yarımfinalın cavab oyununda (4:3) 5-i cərimə meydançasında olmaqla 7 qurtarış edib.
Mayın 31-i Çempionlar Liqasının finalında “İnter” və PSJ komandaları Münhendə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved