Yankoviç “Qarabağ” taleyi ilə bağlı danışdı
Marko Yankoviç transfer söz-söhbətlərinə münasibət bildirdi: “Hazırda yalnız millini düşünürəm”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi və Monteneqro millisinin üzvü ölkə mətbuatına açıqlamasında hazırda bütün diqqətini milli komandanın qarşıdakı oyunlarına yönəltdiyini bildirib.
30 yaşlı futbolçu transfer ehtimallarını istisna etməsə də, bu məsələnin onun gündəmində olmadığını vurğulayıb:
“Hazırda “Qarabağ”ın futbolçusuyam və müqaviləmin başa çatmasına hələ bir il var. Transfer bazarında hər şey mümkündür, amma bu barədə düşünmürəm. Əsas məqsədim Slovakiya ilə oyuna yaxşı hazırlaşmaqdır. Daha sonra istirahət edəcəyəm və sonrakı hadisələrin necə inkişaf edəcəyini görəcəyik”.
Monteneqrolu yarımmüdafiəçi son illərdə Ağdam klubunun əsas fiqurlarından biri kimi çıxış edir. O, 2022-ci ildə komandaya qoşulduqdan sonra həm yerli yarışlarda, həm də avrokuboklarda sabit oyunu ilə seçilib.
Qeyd: Yankoviçin “Qarabağ”la qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Buna baxmayaraq, yay transfer dönəmində təcrübəli futbolçunun adı müxtəlif klublarla hallanmağa davam edir.
© Copyright 2026, All Rights Reserved