Yankoviç: “Real” və ya “Barselona” ilə oynamaq istəyirəm”

Yankoviç: “Real” və ya “Barselona” ilə qarşılaşmaq istəyirəm”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la cavab oyunundan (2:3) sonra fikirlərini bölüşüb. Futbolçu komandasının mərhələ adlamasından məmnunluğunu ifadə edib:
“İlk oyundan sonra yaxşı üstünlüyümüz var idi. Cavab matçına yaxşı başlamadıq. Bu cür rəqiblərə şans verəndə dərhal bundan faydalanırlar. Oyun çox çətin keçdi, rəqibin daha 3-4 şansı oldu. Xüsusən standart vəziyyətlərdə çətinlik çəkirdik. Bütün bunlara baxmayaraq, cavab oyununda uduzsaq da, yekunda mərhələ adladıq. Hər kəsi təbrik edirəm. Liqa mərhələsində oynamağa layiq idik”, – deyə monteneqrolu futbolçu bildirib.
Yankoviç püşkdə istəklərini də açıqlayıb:
"Hamı “Barselona” və ya “Real”a qarşı oynamaq istəyər. Bilmirəm, bu, yaxşı ideyadır, ya pis. Lakin seçməli olsaq, “Real” və ya “Barselona”nı seçərdim. Düzdür, bu cür nəhənglərə qarşı işimiz çox çətin olacaq. Amma bu da bir təcrübədir. Oyunlardan həzz almalıyıq”.
Qeyd: “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Rəqiblər bu gecə saat 20:00-da püşkatma mərasimində bəlli olacaq.
🔗 Daha çox futbol xəbəri üçün: 90plus.az
© Copyright 2025, All Rights Reserved