Yankoviçdən "Qarabağ"a şad xəbər - Zədədən qayıdır

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “Atletik Bilbao” ilə keçiriləcək oyunda komandanın heyətində yer alacaq.
90plus.az xəbər verir ki, komandanın “maestro”su hesab olunan monteneqrolu futbolçu son oyunlarda zədə səbəbindən iştirak etməmişdi. Lakin onun durumunun yaxşılaşdığı və qarşıdakı matç üçün baş məşqçi Qurban Qurbanovun ixtiyarında olacağı bildirilib.
Xatıratma: “Qarabağ” və “Atletik Bilbao” arasında qarşılaşma noyabrın 22-si Bilbaoda baş tutacaq.
© Copyright 2025, All Rights Reserved