Yapon voleybolçu üzüüstü sürüşərək üzr istədi
Yapon voleybolçu Yuji Nişidanın hərəkəti sosial mediada gündəm oldu.
90plus.az xəbər verir ki, Yapon voleybolçu Yuji Nişida matç zamanı yaşadığı maraqlı hadisə ilə sosial mediada sürətlə yayıldı. Qarşılaşma zamanı Nişidanın vurduğu top meydança kənarında olan qadın meydan əməkdaşına dəyib.
Hadisədən dərhal sonra Yuji Nişida parket üzərində üzüüstü sürüşərək hadisə yerinə çatdı və Yapon mədəniyyətində dərin məna daşıyan ənənəvi üzr istəmə forması olan “dogeza” hərəkətini edərək əməkdaşdan üzr istədi.
Yapon mədəniyyətində böyük hörmət və peşmanlıq ifadəsi sayılan bu davranış voleybol azarkeşlərinin diqqətini çəkdi. Sosial şəbəkələrdə qısa zamanda viral olan görüntülər idmansevərlər tərəfindən maraq və rəğbətlə qarşılandı.
© Copyright 2026, All Rights Reserved