Yaponiyada ən sürətli italyan oldu - Verstappendən faciə nəticə
Formula 1 Yaponiya Qran-prisində qələbə qazanan pilot bəlli olub.
90plus.az xəbər verir ki, yarışa poul mövqeyindən başlayan italiyalı sürücü Kimi Antonelli finiş xəttini birinci keçərək mövsümdə mühüm uğura imza atıb.
Bu qələbə sayəsində Kimi Antonelli çempionatın liderliyinə yüksəlib və komanda yoldaşı Corc Rassellı geridə qoyub. 19 yaşlı pilot 72 xalla zirvəyə çıxaraq Formula 1 tarixinin ən gənc lideri olub.
“Maklaren”in sürücüsü Oskar Piastri yarışı ikinci pillədə başa vuraraq mövsümdə ilk xallarını qazanıb. “Ferrari” pilotu Şarl Lekler isə üçüncü olaraq podiumu tamamlayıb.
Digər nəticələrə əsasən, Corc Rassell dördüncü, Lando Norris beşinci, Lyuis Hemilton isə altıncı olub.
“Red Bull” pilotu Maks Verstappen 11-ci yerdən start götürdüyü yarışı səkkizinci pillədə tamamlayıb.
Yarış zamanı “Haas” komandasından Oliver Berman qəza səbəbilə mübarizəni dayandırıb, “Aston Martin” sürücüsü Lans Stroll isə texniki problemə görə yarışı başa vura bilməyib.
Təhlükəsizlik səbəbindən Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin ləğv olunduğu mövsüm 3 may tarixində keçiriləcək Mayami Qran-prisi ilə davam edəcək.
© Copyright 2026, All Rights Reserved