Yaponiyada skandal nəticə - Verstappen 11-ci oldu
Formula 1 Yaponiya Qran-prisində sıralama turları başa çatıb.
90plus.az xəbər verir ki, gənc pilot Kimi Antonelli əla performans göstərərək ardıcıl ikinci dəfə poul mövqeyini qazanıb. O, komanda yoldaşı Corc Rassellın çətinlik yaşadığı sessiyada fürsəti dəyərləndirib.
Oskar Piastri uğurlu çıxışını davam etdirərək üçüncü olub və Şarl Lekleri geridə qoyub. Lekler isə son cəhdində səhv etdiyi üçün dördüncü pillə ilə kifayətlənib.
Mövsümün son çempionu Lando Norris texniki problemlərlə üzləşdiyi həftəsonunda beşinci yeri tutub. Lyuis Hemilton isə altıncı olub.
Cari mövsümdə gözləntiləri doğrultmayan Maks Verstappen üçün uğursuzluq Suzukada da davam edib. “Red Bull” bolidini idarə etməyin çətin olduğunu bildirən niderlandlı pilot Q2-də mübarizəni dayandıraraq yarışa 11-ci pillədən start verəcək. O, son illərdə Suzukada qazandığı üstünlüyü bu dəfə qoruya bilməyib və hətta komanda yoldaşı Isack Hadjarın da gerisində qalıb. Hadjar sıralama turlarını səkkizinci yerdə tamamlayıb.
Digər nəticələrə gəlincə, Pyer Qasli yeddinci, Qabriel Bortoletto doqquzuncu olub. "Racing Bulls" komandasının gənc pilotu Arvid Lindblad isə Q2-də Verstappeni geridə qoyaraq ilk onluğu tamamlayıb.
© Copyright 2026, All Rights Reserved