“Yatmazdan əvvəl Tanrıya Şükür edəcəyəm” Dominges

Paris-2024 Olimpiadasında gümüş medal qazanan boksçumuz Alfonso Dominqes (92 kq) təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, idmançımız rəqibinin çox güclü olduğunu bildirib: "Döyüşdən əvvəl onu analiz edib, öz taktikamı qurmuşdum. Amma alınmadı. Rəqib döyüşə daha yaxşı köklənmişdi".
"Uduzmağıma bəhanə ola bilməz. Elə bir idmançıyam ki, uduzanda nəticəni olduğu kimi qəbul edirəm. Heç bir təzyiq yox idi. Əldə etdiyim nəticəni uğurlu sayıram. Tarix yazdım. Ardıcıl ikinci dəfə Olimpiadada medal qazanan boksçu oldum. Hər kəsə təşəkkür edirəm. Medala görə xoşbəxtəm, amma qızıl olmasını istəyirdim. Söz verirəm ki, Los-Anceles-2028-də çempionluq üçün çalışacağım. Əlbəttə, hamı qələbə qazanmaq istəyir. Mənim qismətimdə gümüş imiş. Finala kimi hər döyüşdən sonra Allaha şükür edirdim. Bu gün də məğlub olmağıma baxmayaraq, Tanrıya dua edəcəyəm ki, gümüş medal qazandım". Məğlubiyyətə baxmayaraq, bu gecə yatmazdan əvvəl Tanrıya Şükür edəcəyəm ki, məni medalsız qoymadı".
© Copyright 2025, All Rights Reserved