Yelena Rıbakina “Böyük Dəbilqə” çempionudur
Yelena Rıbakina Avstraliya Açıq 2026-nın qalibi oldu.
90plus.az xəbər verir ki, qazaxıstanlı tennis ulduzu Yelena Rıbakina Avstraliya Açıq 2026 turnirinin qadınlar arasında qalibi olub.
Dünya reytinqində 4-cü pillədə qərarlaşan Rıbakina Melburndakı final görüşündə Dünya №1 Arina Sabalenkanı böyük mübarizə şəraitində məğlub edib – 6-4, 4-6, 6-4.
Gərgin keçən final qarşılaşması 2 saatdan artıq davam edib. Qərarverici setdə 0:3 geri düşməsinə baxmayaraq, Rıbakina ardıcıl oyunlarla təşəbbüsü ələ alıb və çempionluq nöqtəsini eyss ilə tamamlayaraq titulunu rəsmiləşdirib.
Bu qələbə Yelena Rıbakina üçün xüsusi əhəmiyyət daşıyır. O, Melburnda ilk dəfə Avstraliya Açıq kubokunu qazanmaqla yanaşı, karyerasında ikinci Böyük Dəbilqə tituluna sahib çıxıb. Qazaxıstanlı tennisçi daha əvvəl 2022-ci ildə “Uimbldon” turnirinin qalibi olmuşdu.
Avstraliya Açıq 2026-da əldə edilən bu tarixi uğur Rıbakinanın dünya tennisində mövqeyini daha da gücləndirib və onu mövsümün əsas fiqurlarından birinə çevirib.
© Copyright 2026, All Rights Reserved