“Yenə Enfilddə geridönüş edəcəyik” Enrike

PSJ klubunun baş məşqçisi Luis Enrike "Liverpul"a 0:1 hesabı ilə məğlub olduqları Çempionlar Liqasının 1/8 finalının ilk matçına münasibət bildirib.
90plus.az xəbər verir ki, Enrike şanslarını itirmədiklərini, cavab matçında qalib gələcəklərini iddia edib:
"Növbəti həftə “Enfild”də geridönüş edəcəyik. Bunu unutmayın.
Biz açıq şəkildə matçda qalib gəlməyə layiq idik. Onların ən yaxşı oyunçusu Alisson idi. Futbol bəzən ədalətli olmur, bunu qəbul edirəm, amma biz "Enfild"ə getməyə hazırıq. "Liverpul" üçün hazırıq. İtirilən heç nə yoxdur”.
Qeyd: Tərəflərin cavab matçı martın 11-dən 12-ə keçən gecə saat 00:00-da baş tutacaq.
© Copyright 2025, All Rights Reserved