“Liverpul” yeni, dostlar köhnədir!

Florian Virts, böyük ehtimalla, dostu olmasaydı belə “Liverpul”a keçəcəkdi. Amma Jeremi Frimponqun ondan cəmi bir neçə həftə əvvəl bu kluba transfer olunması “Liverpul”un işini asanlaşdırıb.
90plus.az xəbər verir ki, Virts klubdakı ilk günləri ilə bağlı çəkilmiş sənədli filmdə belə danışıb:
“Tətildə onunla görüşdük və həmçinin mövsümün sonunda da xeyli söhbət etdik. O, yaxşı dostdur və mənə ‘Liverpul’a qoşul’ deyirdi. Ona görə birlikdə bu yola çıxmağımıza görə çox xoşbəxtəm.”
“Jeremi mənim ingilis dili müəllimim də olub. ‘Bayer Leverkuzen’də soyunub-geyinmə otağında yanımda otururdu. Məktəbdən yeni gəlmişdim və o vaxtlar ingilis dilində heç nə bilmirdim.”
Keçmiş “Bayer Leverkuzen”li ikilinin ardınca “Liverpul” daha bir transferini – Miloş Kerkezi də heyətinə qatıb. Macar müdafiəçi “Bornmut”dan transfer olunub.
Qeyd: “Liverpul” bununla transferləri yekunlaşdırmır. Mərkəz müdafiəçisinə ehtiyac yaranıb, çünki klub Carrell Kuansahın “Bayer”ə keçməsinə razılıq verib. Eyni zamanda, hücumçu mövqeyi də gündəmdədir, çünki Darvin Nunyesin komandadan ayrılması ehtimalı yüksəkdir.
© Copyright 2025, All Rights Reserved