Yunan prezident İngiltərədə meydana endi

"Nottingem"in prezidenti baş məşqçidən narazı qaldı.
90plus.az xəbər verir ki, "Nottingem Forest"in "Lester Siti" ilə 2:2 hesablı bərabərə qalaraq Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə xal itirməsindən sonra klubun sahibi Evangelos Marinakis oyundan dərhal sonra meydana daxil olub və baş məşqçi Nuno Espirito Santo ilə mübahisə yaşayıb.
Premyer Liqa təmsilçisi bu bir xalla 29 ildən sonra ilk dəfə Avropa kuboklarına vəsiqə qazanıb. Lakin Çempionlar Liqasına düşmək üçün mövsümün sonuna qədər mübarizəni davam etdirməli olacaqlar.
© Copyright 2025, All Rights Reserved