“Yunayted”də parçalanma baş alıb-gedir

Ceydon Sanço, Markus Reşford, Alexandro Qarnaço, Entoni və Tayrell Malasiya “Mançester Yunayted”in əsas komandasından ayrı şəkildə məşqləri davam etdirirlər. Bu barədə "Manchester Evening News" məlumat yayıb.
90plus.az xəbər verir ki, adıçəkilən beş futbolçu yay transfer dönəmində klubdan ayrılmaq istədiklərini rəhbərliyə bildiriblər. “Yunayted” onlara gələcək planlarını dəqiqləşdirmək üçün əlavə istirahət vaxtı versə də, futbolçular bu həftənin ortasında Karinqtona qayıdıblar.
Hazırda vəziyyətləri qeyri-müəyyən qalsa da, onlara məşq bazasından istifadə icazəsi verilib. Komandanın yeni baş məşqçisi Ruben Amorim də həmin vaxt orada olub.
Klub qarşıdakı mövsümə hazırlaşsa da, bu beş futbolçunun taleyi hələ də tam müəyyənləşməyib.
© Copyright 2025, All Rights Reserved