Bundesliqa: “Bayern Münhen”in seriyası sona çatdı
Bundesliqanın 10-cu turunda “Yunion Berlin” öz meydanında “Bayern Münhen”lə qarşılaşıb. Oyunda iki dəfə geriyə düşən “Bayern Münhen” bərabərliyi qorumağı bacarsa da, ardıcıl 16 oyunluq qələbə seriyasına son qoyub – 2:2.
90plus.az xəbər verir ki, ev sahibi “Yunion Berlin”in hər iki qolunu 27-ci və 82-ci dəqiqələrdə Dökhi vurub. “Bayern Münhen”də isə 38-ci dəqiqədə Luis Dias, 90+3-cü dəqiqədə Harri Keyn fərqlənib. Bu nəticədən sonra “Bayern Münhen” xallarını 28-ə, “Union Berlin” isə 12-ə yüksəldib. Alman nəhəngi bu mövsümdə ilk dəfə xal itkisi yaşayıb.
Amma hələ də bütün turnirlərdə məğlubiyyətsiz irəliləyirlər:
Yunion 2-2 Bayern Münhen
Danilho Doekhi 27', 77’
Luis Diaz 38'
H. Kane 90'
Qollar:
https://t.me/doxsanplus/110386
https://t.me/doxsanplus/110388
https://t.me/doxsanplus/110389
Turun digər oyunlarında da maraqlı nəticələr qeydə alınıb. “Borussiya Dortmund” səfərdə “Hamburq”la 1:1 hesablı bərabərlik edib. “Borussiya”nın qolunu 64-cü dəqiqədə Çukvueze, “Hamburq”un qolunu isə 90+7-də Königsdorffer vurub. Bu nəticə ilə “Borussiya Dortmund” 21, “Hamburq” isə 9 xal toplayıb:
“Borussiya Dortmund” bu gün qalib gəlsəydi, “Bayern Münhen”dən cəmi 5 xal geridə olacaqdı — indi isə fərq 7 xaldır. “Hamburq” matçın son dəqiqəsində BVB ilə 1-1 hesablı heç-heçə etdi.
Hamburq 1-1 Borussiya Dortmund
Carney Chukwuemeka 64'
R. Königsdörffer 90+7'
Qollar:
https://t.me/doxsanplus/110387
https://t.me/doxsanplus/110391
Günün ən fərqli nəticəsi “Bayer Leverkuzen”dən gəlib. “Bayer Leverkuzen” doğma meydanda “Haydenhaym”ı 6:0 hesabı ilə darmadağın edib. Komandanın qollarını 2 və 22-ci dəqiqələrdə Şik, 16-cı dəqiqədə Hofmann, 27-ci dəqiqədə Poku, 45+1 və 53-cü dəqiqələrdə Maza vurub. Bu qələbə sayəsində “Bayer Leverkuzen” 20 xal toplayıb, “Haydenhaym” isə 5 xalda qalıb:
Bayer 6-0 Haydenhaym
Patrik Schick 2', 22'
Jonas Hofmann 16'
E. Poku 27'
I. Maza 45+1', 53'
Turun sürprizlərindən biri “Hoffenhaym”ın “RB Leypsiq” üzərində 3:1 hesablı qələbəsi olub. “Hoffenhaym”ın qollarını 20-ci dəqiqədə Haydari, 38-ci dəqiqədə Lemperle və 79-cu dəqiqədə Prömel vurub. “RB Leypsiq”də isə Diomande 9-cu dəqiqədə fərqlənib. Milli futbolçumuz Ozan Kabak 87-ci dəqiqədə oyuna daxil olub. “RB Leypsiq” 22 xalda qalıb, “Hoffenhaym” isə xallarını 19-a çatdırıb.