Yurgen Klopp "Liverpul"dakı 9 ili şərh etdi
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Enfild”də keçirdiyi doqquz ili xatırlayaraq azarkeşlərə emosional mesaj göndərib.
90plus.az xəbər verir ki, Klopp bunları deyib:
“Düşünürəm ki, yaxşı zaman keçirdik və heç kim, həqiqətən deyirəm, heç kim mənə təşəkkür etməli deyil, baxmayaraq ki, bunu tez-tez eşidirəm,” – deyə Klopp bildirib.
“Əksinə, eyni səbəblərə görə təşəkkür etməli olan mənəm. Bu, sadəcə bizim həyatımız idi. Mümkün qədər uğurlu olmaq üçün əlimizdən gələn hər şeyi etməyə çalışdıq və bəzən alındı, bəzən alınmadı. Amma heç kim bu doqquz ili üzündə təbəssüm olmadan xatırlaya bilməz, çünki bu, sadəcə möhtəşəm idi.”
© Copyright 2026, All Rights Reserved