Yurgen Kloppa "Red Bull"da yol göründü
Yurgen Klopp, "Liverpul"un keçmiş baş məşqçisi, hazırda "Red Bull"dakı vəzifəsindən ayrıla bilər.
90plus.az xəbər verir ki, şirkət rəhbərliyi almaniyalı mütəxəssisin fəaliyyətindən narazıdır və onun bir neçə qərarı tənqid olunub. Bu səbəbdən Kloppun işdən çıxarılması gündəmdədir. Potensial namizəd kimi isə hazırda "Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner göstərilir.
Klopp 2024-cü ilin yayında "Liverpul"un baş məşqçisi vəzifəsindən istefa verib və 2025-ci ilin yanvarından etibarən "Red Bull"un futbol əməliyyatlarına rəhbərlik edir.
© Copyright 2026, All Rights Reserved