Yurgen Kloppdan "Real Madrid"lə bağlı açıqlama
Alman mütəxəssis Yurgen Klopp "Real Madrid"lə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90plus.az xəbər verir ki, təcrübəli çalışdırıcı İspaniya nəhəngi "Real Madrid"dən təklif aldığı barədə iddiaları təkzib edib. O, bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Yurgen Klopp bildirib ki, nə özü, nə də meneceri "Real Madrid" tərəfindən hər hansı rəsmi təklif almayıb. Alman məşqçi mediada yayılan xəbərləri əsassız adlandırıb.
Qeyd: Bir müddət əvvəl "Liverpul"dan ayrılan Yurgen Klopp hazırda yeni klub çalışdırmır və gələcəyi ilə bağlı qərarını hələ verməyib.
© Copyright 2026, All Rights Reserved