"Yuventus" 1 xalı son anlarda qazandı
İtaliya A Seriyasının 24-cü turunda “Yuventus” və “Latsio” komandaları üz-üzə gəlib. "Yuventus" 2–0 geriyə düşdüyü qarşılaşmada əzmkarlıq göstərərək oyunu 2–2 hesablı heç-heçə ilə başa vurub.
90plus.az xəbər verir ki, matçın hesabı 45-ci dəqiqədə açılıb. Manuel Lokatellidən topu alan Maldini sol cinahdan cərimə meydançasına daxil olan Pedroya ötürmə verib. Pedronun zərbəsindən sonra top müdafiəçiyə dəyərək qapıdan keçib və “Latsio” 0–1 hesabı ilə önə çıxıb.
İkinci hissənin 57-ci dəqiqəsində Kataldinin müdafiədən göndərdiyi uzun ötürmədə topu qəbul edən İsaksen Kambiasodan sıyrılaraq fərqi iki topa çatdırıb – 0–2.
Cəmi iki dəqiqə sonra “Yuventus” cavab qolunu vurub. Sol cinahdan Kambiasonun cərimə meydançasına ötürməsində Makkenni baş zərbəsi ilə hesabı 2–1 edib.
Oyunun son saniyələrində, 90+6-cı dəqiqədə isə Boqanın sol cinahdan etdiyi ötürməni sonradan oyuna daxil olan Kalulu başla tamamlayıb və “Yuventus”a bərabərlik qolunu qazandırıb – 2–2.
© Copyright 2026, All Rights Reserved