“Yuventus” 10 nəfərlə uddu! Kenan Yıldız - Conatan Devid tandemi alındı

10 nəfərlə oynayan “Yuventus” “Parma”ya qalib gəldi! David və Vlahoviç “Yuventus”a qələbə qazandırdı.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasında “Yuventus” 2025/26 mövsümünə uğurlu start verib. Turin təmsilçisi A Seriyanın ilk turunda “Parma”nı 2:0 hesabı ilə məğlub edib.
Kanadalı hücumçu Conatan David A Seriyadakı ilk qolunu vurub. O, 59-cu dəqiqədə Kenan Yıldızın ötürməsindən sonra hesabı açıb. Bundan bir qədər əvvəl də eyni tandem təhlükəli vəziyyət yaratmışdı.
“Parma” isə şansını uzaq məsafədən yoxladı – Lautaro Valenti güclü zərbə ilə fərqlənməyə yaxın olsa da, nəticə dəyişmədi. 83-cü dəqiqədə meydan sahibləri çətin vəziyyətə düşdülər: Andrea Kambyaso Mathias Lovikə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu.
Lakin qonaqların ümidləri çox çəkmədi. Matçdan əvvəl “Milan”a keçidi ilə bağlı xəbərlərlə gündəmdə olan Duşan Vlahoviç oyuna sonradan qoşuldu və cəmi 4 dəqiqə sonra Yıldızın ikinci məhsuldar ötürməsi ilə fərqlənərək hesabı 2:0-a çatdırdı.
Yuventus 2 - 0 Parma
J. David 59'
D. Vlahović 84'
Qollar:
https://t.me/doxsanplus/106665
https://t.me/doxsanplus/106669
© Copyright 2025, All Rights Reserved