“Yuventus” 5 qollu şou göstərdi
İTALİYA A SERİYAsında "YUVENTUS" 5 qolla ŞOU GÖSTƏRDİ!
90plus.az xəbər verir ki, “Yuventus” “Alyans Arena”da autsayder “Kremoneze”ni 5:0 hesabı ilə darmadağın edərək 4-cü pilləyə yüksəldi!
Həftəsonu “İnter”, “Milan” və “Napoli” xal itirdi — “qoca sinyora” isə fürsəti əldən vermədi!
27-ci dəqiqədə “Kremoneze”nin penalti epizodu ləğv edildi, baş məşqçi Davide Nikola isə etirazlara görə qırmızı vərəqə aldı.
Kenan Yıldız penaltidən fərqlənə bilməsə də, ribaundu tamamlayaraq hesabı daha da böyütdü:
Yuventus 5 - 0 Kremoneze
Bremer 12’
David 15’
K. Yıldız 35’
Terracciano 48’ (a)
Makkeniy 64’
“Yuventus” 2018-ci ildən bəri liqada ilk dəfə 5 qol vurdu.
Luçano Spalletti dövründə “Yuventus” yüksəlişdədir — noyabrdan bəri yalnız “İnter” ondan daha çox xal toplayıb!
© Copyright 2026, All Rights Reserved