“Yuventus” autsayderi uda bilmədi
"Qoca Sinyora" bu mövsüm hələ heç bir çempionat matçını qazanamayan autsayder klub qarşısında bərabərliyin məyusluğunu yaşadı!
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 12-ci turunda “Yuventus” səfərdə bu mövsüm hələ bir dəfə də qələbə qazanmayan autsayder “Fiorentina” ilə 1:1 hesablı heç-heçə edib. “Qoca Sinyora” üçün nəticə ciddi məyusluq kimi qiymətləndirilir.
Fiorentina 1–1 Yuventus
Kostiç 45+6'
Mandragora 48’
Matçdan sonra turnir cədvəli “Yuventus” üçün yaxşı görünmür:
“Yuventus” – 6-cı yer
“Fiorentina” – 19-cu yer
Bu nəticə Luçiano Spallettinin rəhbərliyi altında komandanın zəif çıxışını bir daha göstərdi. “Yuventus” Spaletti ilə keçirdiyi son 4 çempionat matçında cəmi 1 qələbə qazanıb.
© Copyright 2025, All Rights Reserved