“Yuventus - Dortmund”: 8 qol oldu! VİDEO

"Yuventus" əlavə olunmuş dəqiqələrdə vurduğu 2 qolla məğlubiyyətdən xilas olur.
90plus.az xəbər verir ki, ingilis müdafiəçi Lloyd Kelli əlavə olunmuş vaxtın 6-cı dəqiqəsində vurduğu qolla “Yuventus”u məğlubiyyətdən xilas edib və Dortmundla ev oyununda dramatik qarşılaşmada hesabı bərabərləşdirib. Matçın ikinci hissəsində azarkeşlər 8 qol izlədilər.
Yayda “Nyukasl”dan “Yuventus”a keçən mərkəz müdafiəçisi penaltiyə səbəb olaraq Dortmundun hesabı 4:2 etməsinə şərait yaratmışdı. Lakin əvvəlcə 94-cü dəqiqədə Duşan Vlahoviç bərabərlik qolunu vurdu, ardınca isə serbiyalının ötürməsindən sonra Kelli başla qapını dəqiq nişan aldı.
İlk hissədə tərəflər bir-birini neytrallaşdırdığı üçün ciddi epizodlar yaşanmadı. Bu səbəbdən oyun azarkeşləri çox həyəcanlandırmadı. Amma ikinci hissədən sonra hər şey dəyişdi – “Yuventus” üç dəfə geri qaldı, lakin hər dəfə oyuna qayıtdı. 51-ci dəqiqədən sonra cəmi bir hissədə 8 qol vuruldu. Bu, Çempionlar Liqasında yalnız ikinci dəfədir baş verir. Daha əvvəl belə bir hadisə ötən mövsüm “Bavariya”nın “Dinamo Zaqreb”i 9:2 məğlub etdiyi matçda qeydə alınmışdı.
Qolların ardıcıllığı belə olub:
Yuventus 4-4 Borussiya Dortmund
Adayemi 51'
Kenan 63'
Feliks 65'
Vlahovic 67' 90+2'
Couto 74'
Bensebaini 86'
Kelly 90+4'
Qollar:
https://t.me/doxsanplus/107752
https://t.me/doxsanplus/107755
https://t.me/doxsanplus/107763
Beləliklə, “Yuventus” son anda məğlubiyyətdən qurtulub, matç isə Çempionlar Liqasının tarixinə ən dramatik görüşlərdən biri kimi düşüb.