"Yuventus" Fransadan cinah hücumçusu alır

"Lill" klubunun oyunçusu Edon Jeqrova karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Yuventus" kosovolu cinah oyunçusunu transfer etmək niyyətindədir.
Turin təmsilçisi Jeqrova üçün Fransa klubuna 15 milyon avro dəyərində təklif irəli sürüb. Bildirilir ki, tərəflər razılaşmaya yaxınlaşırlar.
Xatırlatma: "Lill" Edon Jeqrovanı 2022-ci ilin yayında İsveçrənin "Bazel" klubundan transfer etmişdi. 26 yaşlı Kosovo millisinin üzvü geridə qalan mövsümdə Liqa 1 komandasında 21 rəsmi qarşılaşmada forma geyinərək 8 qol vurub və 2 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved