“Yuventus” Fratezzini “İnter”dən qopartmaq istəyir
Davide Frattezi uzun müddətdir “Yuventus”un potensial yarımmüdafiə xəttinin gücləndirməsi üçün əsas hədəfdir.
90plus.az xəbər verir ki, "İnter” birbaşa A Seriyasındakı rəqibini gücləndirmək istəməsə də, uyğun təklif olacağı təqdirdə transferin mümkün ola biləcəyi bildirilir.
Tuttosportun məlumatına görə, son həftələrdə iki klub arasında aparılan danışıqlar vəziyyətin aydınlaşmasına və “İnter”in hansı şərtə razı ola biləcəyinə işıq salıb.
“Yuventus” artıq hər hansı dəyişmə variantında Kefren Tyuramın adını gündəmdən çıxarıb və bununla da yarımmüdafiəçi–yarımmüdafiəçi mübadiləsi ehtimalını aradan qaldırıb. Nəticədə danışıqlar hazırda yalnız maliyyə şərtləri üzərində cəmlənib.
Müzakirə olunan ən real variant satınalma öhdəliyi ilə icarədir. Bu modelə əsasən, “Yuventus” yanvar ayında Frattezini Turinə gətirmək üçün təxminən 4 milyon avro ödəyə, daha sonra isə transferi tamamlamaq öhdəliyini üzərinə götürə bilər.
Bununla belə, “İnter” futbolçunun qiymətində qətidir və yarımmüdafiəçinin transferi üçün 35 milyon avro tələb edir.
© Copyright 2026, All Rights Reserved