"Yuventus" futbolçusu ilə müqavilə uzatdı
"Yuventus" mövsümün sonunda müqaviləsi bitəcək Ueston MakKenni ilə anlaşma əldə edib.
90plus.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi amerikalı yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Tərəflər 2030-cu ilin yayına qədər qüvvədə olacaq sözləşmənin bütün detallarını razılaşdırıblar. 27 yaşlı futbolçunun illik qazancı 4 milyon avro təşkil edəcək.
Turin klubu MakKennini 2021-ci ilin yayında "Şalke" komandasından heyətinə qatıb. ABŞ yığmasının üzvü cari mövsümdə komandanın heyətində keçirdiyi 36 rəsmi görüşdə 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved