“Yuventus” Jeremi Boqanı birdəfəlik aldı
“Yuventus” Jeremi Boqanın gələcəyi ilə bağlı qərarını verib. Turin klubu bir müddətdir icarə əsasında komandada çıxış edən fransalı futbolçunun transfer hüquqlarını tam şəkildə əldə edib.
90plus.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, 28 yaşlı cinah oyunçusu ilə 3 illik müqavilə bağlanıb. Bununla da Boqa karyerasını uzunmüddətli əsasda “Yuventus”da davam etdirəcək.
Boqa 2026-cı ilin əvvəlində “Nitsa”dan icarəyə götürülmüşdü. Qısa müddətdə məşqçilər korpusunun etimadını qazanan futbolçu Turin təmsilçisinin heyətində keçirdiyi 17 qarşılaşmada 4 dəfə fərqlənib və 1 məhsuldar ötürmə müəllifi olub.
“Yuventus” rəhbərliyi onun çıxışından razı qaldığı üçün transferin birdəfəlik reallaşdırılmasına qərar verib.
© Copyright 2026, All Rights Reserved