“Yuventus” Kenan Yıldız üçün gələn təklifi rədd etdi

Milli futbolçu Kenan Yıldız “Yuventus”da göstərdiyi performansla Avropanın nəhəng klublarının diqqətini çəkməyə davam edir. Gənc ulduz üçün “Çelsi” klubu tərəfindən yüksək məbləğli transfer təklifi gəlsə də, İtaliya təmsilçisi qərarını qəti şəkildə verdi.
90plus.az xəbər verir ki, İtaliyanın La Gazzetta dello Sport nəşrinin məlumatına görə, “Çelsi” Kenan Yıldıza görə 65 milyon avro təklif edib. Lakin “Yuventus” bu təklifi düşünmədən rədd edib və futbolçunun komandadan ayrılmasını istəmir.
Ötən mövsüm 52 oyunda 12 qol və 9 məhsuldar ötürmə ilə çıxış edən Kenan Yıldız baş məşqçi İqor Tudorun planlarında əsas fiqurlardan biri hesab olunur. Klub, 2024/25 mövsümündə quracağı yeni layihədə gənc ulduzu mərkəzdə saxlamaqda qərarlıdır.
Məlumata görə, “Yuventus” Kenan Yıldızla olan müqaviləni 2030-cu ilə qədər uzatmağı, onun illik maaşını isə 4 milyon avroya qaldırmağı planlaşdırır. Bu addım klubun gənc futbolçuya nə qədər güvəndiyini bir daha göstərir.
“Çelsi” isə bu rədd cavabından sonra transfer siyahısında yer alan digər oyunçulara yönəlməyə qərar verib.
© Copyright 2025, All Rights Reserved