“Yuventus” Konseysaonu RƏSMƏN aldı

RƏSMİ: “Yuventus” Fransisko Konseysaonu transfer etdi.
90plus.az xəbər verir ki, “Yuventus” 2024/25 mövsümünün heyətini gücləndirməyə davam edir. Turin təmsilçisi ötən mövsüm icarə əsasında komandada çıxış etmiş Fransisko Konseysaonu bu dəfə tam şəkildə transfer edib.
Klubun rəsmi açıqlamasına görə, “Yuventus” 22 yaşlı portuqaliyalı vingerin transferi üçün “Porto”ya 4 il ərzində mərhələli şəkildə ümumilikdə 32 milyon avro ödəyəcək.
Futbolçu ilə uzunmüddətli müqavilə bağlanıb — Konseysao 2030-cu ilin yayına qədər “qoca sinyora”nın formasını geyinəcək.
Xatırlatma: Fransisko Konseysao 2024/25 mövsümündə “Yuventus”un heyətində ümumilikdə 36 oyuna çıxmış, 4 qol və 6 assistlə yadda qalmışdı. Onun istedadı və çevik oyunu Turin klubunun yeni dövr üçün vacib parçalarından biri kimi qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved