"Yuventus" "Qalatasaray"dan futbolçu almaq istəyir
"Yuventus"un “Qalatasaray”ın yarımmüdafiəçisi Mario Leminanı icarəyə götürmək istədiyi bildirilir.
90plus.az xəbər verir ki, “qoca sinyora” 32 yaşlı futbolçunun icarəsi ilə bağlı İstanbul klubuna rəsmi sorğu göndərib.
"Qalatasaray"ın bu transferə razılıq verib-verməyəcəyi isə dekabr ayında müəyyən olacaq. Qabon millisinin üzvü ilə Türkiyə çempionu arasındakı müqavilə 30 iyun 2026-cı ilədək qüvvədədir.
Lemina karyerası ərzində “Loryen”, “Marsel”, “Yuventus”, “Sauthempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” kimi klubların formasını geyinib.
© Copyright 2025, All Rights Reserved