“Yuventus” rəsmisi Vlahoviç və Kolo Muanini təsdiqlədi

“Yuventus”da hücum xəttində dəyişikliklər gözlənilir – Kolo Muani geri dönə, Vlahoviç ayrıla bilər.
90plus.az xəbər verir ki, “Yuventus” yay transfer pəncərəsində hücum xəttində ciddi dəyişikliklərə hazırlaşır. Klubun idman direktoru Demyin Komolli potensial transferlərlə bağlı “Fabrizio Romano”ya danışıb.
Komolli PSJ-də çıxış edən Randal Kolo Muaninin “Yuventus”a qayıtmaq istədiyini təsdiqləyib:
“Bəli, Kolo Muani “Yuventus”a qayıtmaq istəyir. PSJ ilə danışıqlar aparırıq. Tələsməyə ehtiyac yoxdur, prosesə nəzarət edirik”.
Fransalı hücumçu daha əvvəl “Yuventus”un sistemində yer almasa da, Komollinin “qayıtmaq” ifadəsi klubun onu uzun müddətdir izlədiyini və artıq əlaqə qurduğunu göstərir.
Komolli serb hücumçu Dusan Vlahoviçin durumu ilə bağlı da açıqlama verib:
“Biz Duşanla razılaşmışıq – əgər bu yay onun üçün yaxşı təklif olarsa, komandadan ayrılacaq. Amma indiyədək belə bir təklif almamışıq”.
Qeyd: Vlahoviçlə bir sıra Avropa klublarının maraqlandığı iddia olunur. Kolo Muaninin PSJ-dən ayrılması isə “Yuventus”un hücum planlarını daha da dəyişdirə bilər. Turin təmsilçisinin yay transfer dönəmində bu mövqedə necə qərar verəcəyi böyük maraq doğurur.
© Copyright 2025, All Rights Reserved