“Yuventus”dan qələbə
“Yuventus” minimal hesablı qələbə qazandı – Boqa həlledici qolu vurdu.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 32-ci həftəsində “Yuventus” səfərdə “Atalanta” üzərində 1:0 hesablı qələbə qazanıb:
Atalanta 0 - 1 Yuventus
J. Boqa 48’
Bu nəticə ilə Turin təmsilçisi 4-cü sırada yer alır.
Eyni zamanda transfer bazarında da mühüm inkişaf yaşanıb. Məlumata görə, “Yuventus” qolun müəllifi Jeremi Boqa ilə uzunmüddətli müqavilə üzrə razılığa gəlib. Futbolçu da klubda qalmağa müsbət yanaşır.
Fransa klubu "Nitsa” tərəfindən qoyulan 5 milyon avroluq satınalma opsiyası iyun ayında aktiv olacaq və “Yuventus” bu transferi tamamlamağı planlaşdırır.
© Copyright 2026, All Rights Reserved