Yuventusda ciddi itki
“Yuventus” ciddi itki ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, Turin klubunun müdafiəçisi Daniele Ruqani sıradan çıxıb.
“La Gazzetta dello Sport”un məlumatına əsasən, 31 yaşlı futbolçu məşq zamanı ayağından zədə alıb. Onun baldır əzələsində yırtıq aşkarlanıb və Ruqaninin təxminən üç həftə komandaya kömək edə bilməyəcəyi bildirilib.
Qeyd: Bu mövsüm Daniele Ruqani “Yuventus”un heyətində 7 oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved