"Yuventus"dan Ceydon Sanço planı: İtaliya nəhəngi hərəkətə keçdi

"Yuventus" hücum xəttini gücləndirmək üçün İngiltərənin "Mançester Yunayted" klubunun ulduz futbolçusu Ceydon Sançonu transfer etmək niyyətindədir. İtaliya təmsilçisi uyğun şərtlərlə oyunçunu heyətinə qatmaq üçün danışıqları sürətləndirib.
90plus.az xəbər verir ki, "Corriere Dello Sport" nəşrinin yaydığı məlumata görə, "Yuventus" son vaxtlar "Mançester Yunayted"də heyətdən kənar qalan ingilis cinah oyunçusunu transfer etmək üçün müxtəlif yollar axtarır. Bu keçid Sanço üçün də müntəzəm forma geyinə biləcəyi yeni bir fürsət ola bilər.
Məlumatda bildirilir ki, Sanço da karyerasını daimi oyun praktikası əldə edə biləcəyi bir klubda davam etdirmək istəyir. "Mançester Yunayted"də yaşadığı çətinliklər və heyətdən uzaq qalması, futbolçunu yeni bir başlanğıca yönəldib.
24 yaşlı Sanço ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib və 42 oyunda meydana çıxaraq 5 qol vurub, 10 məhsuldar ötürmə verib.
Əgər "Yuventus" bu transferi reallaşdıra bilsə, futbolçunun komandanın hücum potensialına mühüm töhfə verəcəyi və cinah xətlərində taktiki müxtəliflik yaradacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved