“Yuventus”dan Spalletti qərarı
“Yuventus” rəhbərliyi Spalletti ilə iki illik yeni müqavilə imzalamağa hazırlaşır. Klubun idarə heyətinin layihəni təcrübəli mütəxəssisin rəhbərliyi altında davam etdirməkdə qərarlı olduğu bildirilir.
90plus.az xəbər verir ki, Çempionlar Liqasından kənarlaşma və daxili çempionatda qeyri-sabit nəticələrə baxmayaraq, Turin nəhəngi baş məşqçisinə etimadı qoruyur.
“Qalatasaray”a məğlubiyyətdən sonra Spallettinin qısa müddətlik Montaionedəki evinə yollandığı və psixoloji baxımdan toparlanmaq üçün zaman istədiyi qeyd olunur. “Allianz Stadium”da keçirilən oyundan sonra mətbuat konfransına qatılmamasının səbəbi də bununla əlaqələndirilir.
Klub adından açıqlamanı isə daha soyuqqanlı mövqeyi ilə seçilən Giorgio Kiellini verib. Turin təmsilçisinin rəhbərliyi mövcud vəziyyətdə sabitliyi qorumağın əsas prioritet olduğunu vurğulayıb.
Beləliklə, “Yuventus” rəhbərliyi komandanın gələcəyini Spalletti ilə birlikdə qurmağa qərar verib və yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved