“Yuventus”dan vacib qələbə
İtaliya A Seriyasının 28-ci turunda “Yuventus” doğma meydanda “Piza” ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, Turinin “Allianz” stadionunda keçirilən oyunda meydan sahibləri rəqibini 4:0 hesabı ilə məğlub edib. “Yuventus”un qollarını 54-cü dəqiqədə Kambyaso, 65-ci dəqiqədə Turam, 75-ci dəqiqədə Kenan Yıldız və 90+3-cü dəqiqədə Boqa vurublar.
Matça start heyətində başlayan Kenan Yıldız 83 dəqiqə meydanda olub. Gənc futbolçu Kambyasonun vurduğu qolda məhsuldar ötürmə müəllifi olmaqla yanaşı, özü də komandasının üçüncü qolunu vuraraq görüşü 1 qol və 1 assistlə başa vurub.
Bu nəticədən sonra “Yuventus” çempionatda 4 oyundan sonra qələbə qazanaraq xallarının sayını 50-yə çatdırıb. “Piza” isə 15 xalla turnir cədvəlində qalmaqda davam edir.
© Copyright 2026, All Rights Reserved