"Yuventus"un futbolçusu 3-4 aylıq sıradan çıxdı
"Yuventus"un zədə səbəbi ilə oynamayan hücumçusu Duşan Vlahoviç əməliyyata alınıb.
90plus.az xəbər verir ki, serbiyalı forvardın Londonda həyata keçirilən əməliyyatı uğurla başa çatıb. Bu barədə klubun rəsmi mətbuat xidməti açıqlama yayıb.
Turin təmsilçisi Vlahoviçin hansı tarixdə meydana qayıdacağını dəqiqləşdirməyib. Yerli media isə 25 yaşlı hücumçunun təxminən 3-4 aydan sonra oynaya biləcəyini yazıb.
Xatırlatma: Duşan Vlahoviç bu mövsüm "Yuventus" forması ilə 20 rəsmi qarşılaşmada iştirak edib, 8 qol və 2 asistlə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti gələn ilin yayında bitir.
© Copyright 2025, All Rights Reserved