"Yuventus"un sabiq futbolçusu A Seriyasına qayıtdı

"Yuventus"un keçmiş futbolçusu Federiko Bernardeski yenidən A Seriyasına dönüb.
90plus.az xəbər verir ki, həm “Yuventus”da, həm də İtaliya millisindəki oyunları ilə tanınan cinah oyunçusu “Bolonya”ya sərbəst agent statusunda transfer olunub. İnsayder Nikolo Skiranın məlumatına əsasən, futbolçu ilə 2 illik müqavilə bağlanıb və əlavə 1 il uzatma seçimi mövcuddur. Bernardeski illik 1,8 milyon avro qazanacaq.
2022-ci ildən Bernardeski MLS-də “Toronto” klubunda çıxış edirdi. O, ABŞ və Kanada çempionatlarında 87 matçda iştirak edərək 24 qol vurub.
© Copyright 2025, All Rights Reserved