Zamiq Əliyevin komandası qələbə qazandı
90plus.az xəbər verir ki, futbol üzrə Albaniya Super Liqasında 25-ci turun oyunları davam edir. Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Dinamo Tirana"nı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Zamiq Əliyev matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Bu qələbə ilə "Eqnatiya" xallarını 46-ya yüksəldərək turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved