Zaniolo: “Romadan ayrılmaq çox acı idi”

Zaniolo: “Romadan ayrılmaq mənə çox ağır idi”.
90plus.az xəbər verir ki, hazırda “Udineze”də çıxış edən italiyalı vinger Nikolo Zaniolo karyerasındakı səhvlər və “Roma”dakı dövrü barədə səmimi açıqlama verib. Futbolçu “La Repubblica” nəşrinə danışarkən gənc yaşlarında yaşadığı çətinlikləri və peşmanlıqlarını etiraf edib.
“Karyeramda çox səhvlər etdim… Bunun bir səbəbi də çox gənc yaşda media tərəfindən həddindən artıq diqqət görməyim və üzərimə düşən təzyiqlər idi. 18 yaşında, Roma kimi bir şəhərdə hər kəsin dilində olmaq asan deyil. Kim olursa-olsun, o vəziyyətdə özünü itirməzdi. Mən də özümü çox böyük hesab etməklə səhv etdim.”
Zaniolo həmçinin “Roma”dan ayrılığının onun üçün çox ağır keçdiyini bildirib:
“Bütün o səhvlər buradan qaynaqlandı. İndi bunları anlayıram və vaxtı geri çevirə bilsəm, həmin səhvləri təkrarlamazdım. Bəlkə də kənardan bu, çox hiss olunmadı, amma “Roma”dan ayrılarkən çox əzab çəkdim. Bu klub mənim üçün çox sevimlidir. Orada gözəl vaxt keçirdim və azarkeşlərdən, klubdan, insanlardan ayrılmaq çətin idi. Sadəcə, mən hisslərimi içimdə saxlamağı sevirəm.”
26 yaşlı Zaniolo 2025/26 mövsümünü “Udineze” klubunda keçirir.
© Copyright 2025, All Rights Reserved