Zidan Fransa ilə razılaşdı
Zinəddin Zidan Fransanın baş məşqçisi olmaq üçün şifahi razılığa gəlib.
90plus.az xəbər verir ki, hələlik heç bir rəsmi müqavilə imzalanmayıb. Bu isə hazırkı baş məşqçi Didye Deşama hörmətlə bağlıdır. Deşam iyul ayında vəzifəsindən ayrılacaq və Zidan onun yerinə keçəcək
Zidan Deşama hörmətini saxlamaq istəyir, federasiya da eyni mövqedədir. Bununla belə, gələcək plan artıq şifahi şəkildə razılaşdırılıb və hazır vəziyyətdədir
Fabrizio Romano bu barədə paylaşım edib.
© Copyright 2026, All Rights Reserved