Zidan: “Mbappe ilə Vinisiusun başı 1 qazanda qaynamaz”
Zidan: "Mbappe ilə Vinisiusun tandemi “Real Madrid” səviyyəsinə uyğun deyil".
90plus.az xəbər verir ki, “Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan komandanın hücum xətti ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Fransalı mütəxəssis “Jirona” ilə oyundan (1:1) sonra Kiliam Mbappe ilə Vinisius Junior arasındakı tandrmin hələ istənilən səviyyədə olmadığını bildirib:
“Düzünü deyim — “Real Madrid”də heç kim reallıqdan qaçmamalıdır. Vinisius və Mbappe arasındakı əlaqə… bu klubun tələb etdiyi səviyyədə işləmir.
Siz iki inanılmaz futbolçuya sahib ola bilərsiniz, amma futbol balans, qarşılıqlı anlaşma və fədakarlıqdır. Hazırda mən bu anlaşmanı görmürəm.
Vinisius Kərim Benzema ilə oynayanda hər şey təbii şəkildə uyğun gəlirdi. İndi isə həm Mbappe, həm də Vinisius eyni zonalarda oynamaq istəyir, hər ikisi müdafiəçilərin üzərinə getməyi və əsas fiqur olmağı sevir. Bu isə komandanın balansını pozur.
Mbappe hazırda oyunun içində “9 nömrə” roluna uyğunlaşmağa çalışır, amma bu onun təbii oyunu deyil.
Əgər bu vəziyyət davam etsə, onlardan biri ilə yollar ayrıla bilər. Futbol ulduzları sadəcə toplamaq yox, uyğunluq üzərində qurulur”.
Qeyd: “Real Madrid”in hücum xəttində Mbappe və Vinisiusun birlikdə çıxışı son matçlarda müzakirə mövzusuna çevrilib.
© Copyright 2026, All Rights Reserved