Zidanın yeni ünvanı bəlli oldu
Fransalı məşqçi Zinedin Zidan karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis 2026-cı il Dünya Çempionatından sonra Fransa millisinin baş məşqçisi olacaq. Onun Fransa Futbol Federasiyası ilə razılığa gəldiyi bildirilir.
Hazırda milliyə rəhbərlik edən Didye Deşamın turnirdən sonra vəzifəsini tərk edəcəyi gözlənilir və Zidanın məhz onun yerinə gətiriləcəyi qeyd olunur.
Qeyd: Zinedin Zidan son olaraq “Real Madrid” klubunu çalışdırıb və 2021-ci ildən bu yana məşqçi kimi fəaliyyət göstərmirdi. Təcrübəli mütəxəssis karyerası ərzində qazandığı uğurlarla futbol tarixinin ən tanınmış məşqçilərindən biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved