"Zirə" "Araz"ı uddu
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “Zirə” “Araz-Naxçıvan” üzərində qələbə qazanıb.
90plus.az xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən görüşdə “qartallar” minimal hesabla üstün olublar – 1:0. Oyunda yeganə qol 67-ci dəqiqədə Ayron Qomis tərəfindən vurulub və top nominal meydan sahiblərinin qapısından keçib.
Matçda vurulan qola bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra "Zirə FK" xallarını 38-ə yüksəldərək turnir cədvəlində 4-cü pilləyə qalxıb. "Araz-Naxçıvan PFK" isə 33 xalla 5-ci sırada qərarlaşıb.
Turun ilk qarşılaşmasında "Kəpəz PFK" "Sumqayıt FK" üzərində 3:0 hesablı qələbə əldə edib. XXII tura martın 1-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved