"Zirə" Boqomolskiidən bu qədər qazandı
"Zirə" Yeqor Boqomolskii "Ural" klubuna icarəyə verib.
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi belaruslu futbolçunun icarəsindən gəlir əldə edib. “Ural” icarəyə görə “Zirə”yə təxminən 150 min manat ödəyib və məhz bu səbəbdən Azərbaycan klubu onun Rusiyaya yollanmasına razılıq verib.
Qeyd: Bundan əvvəl “Zirə” Salifu Summanı "Malmö" klubuna, ondan əvvəl isə Rafael Utziqi Vyetnamın "Çonq An" klubuna icarəyə verərək müəyyən məbləğ əldə etmişdi.
© Copyright 2026, All Rights Reserved