"Zirə" "Karvan"la oyunda qələbə qazandı
Azərbaycan Premyer Liqasının XXV turunda "Zirə" növbəti qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv səfərdə "Karvan-Yevlax"ı məğlub edib.
Yevlax şəhər stadionunda keçirilən qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu 79-cu dəqiqədə Anatoli Nuriyev akrobatik zərbə ilə vurub.
Matçda vurulan qola bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Zirə" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. "Karvan-Yevlax" isə 8 xalla sonuncu – 12-ci sıradadır.
Turun növbəti oyununda "Sabah" öz meydanında "Sumqayıt"ı qəbul edəcək.
Qeyd: Ötən gün keçirilən görüşdə "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. XXV tura martın 21-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved