"Zirə" "Şamaxı"nın müqavimətini qıra bilmədi
Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
90plus.az xəbər verir ki, “Zirə” doğma meydanda “Şamaxı”nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Qonaqlar 59-cu dəqiqədə azlıqda qalıb – Dieqo Balau birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 66-cı dəqiqədə “Zirə”nin müdafiəçisi Ruan Renato penaltidən yararlana bilməyib. Buna baxmayaraq, meydan sahibləri 69-cu dəqiqədə hesabı açıb – Leroy Mikels fərqlənib.
Görüşün son dəqiqələrində “Şamaxı” bərabərlik qolunu vurub. 90+2-ci dəqiqədə Edqar Ədilxanov fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib – 1:1.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra “Zirə” 43 xalla 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 31 xalla 8-ci sıradadır.
Qeyd: Turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"i 2:0, "Neftçi" "Sumqayıt"ı 3:1, "Qarabağ" "Karvan-Yevlax"ı 7:0 hesabı ilə məğlub edib. “İmişli” – “Turan Tovuz” görüşü isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved