"Zirə" xalı son dəqiqədə qazandı
Azərbaycan Premyer Liqasının XXIII turunda növbəti qarşılaşma "Zirə FK" ilə "Kəpəz PFK" arasında keçirilib.
90plus.az xəbər verir ki, görüş Zirə İdman Kompleksinin stadionunda baş tutub və qalib müəyyənləşməyib – 2:2.
Kamal Umudlunun baş hakim olduğu matçda “qartallar”ın qollarını Eren Aydın (5-ci dəqiqə) və Ruan Renato (90+7) vurublar. Gəncə təmsilçisinin heyətində isə Rauf Hüseynli (32-ci dəqiqə) və Diogo Verdasca (51-ci dəqiqə) fərqləniblər.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra "Kəpəz PFK" xallarının sayını 17-yə çatdıraraq turnir cədvəlində 10-cu pilləyə yüksəlib. "Zirə FK" isə 39 xalla 4-cü sırada qərarlaşıb.
Qeyd: Turun digər oyununda "Neftçi PFK" öz meydanında "Turan Tovuz" klubunu qəbul edəcək. Palm Sports Arena stadionunda keçiriləcək görüş saat 20:30-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved