"Zirə" "Zenit"in yetirməsi ilə sağollaşdı
"Zirə" klubunda ikinci ayrılıq baş verib.
90plus.az xəbər verir ki, bir müddət əvvəl Abbas İbrahimi "qartallar"ın heyətindən ayrılmışdısa, indi isə İldar Alekperov komandaya vida edib.
Ötən ilin avqustunda qəsəbə təmsilçisinə qoşulan dayaq yarımmüdafiəçisi ilə imzalanmış ilyarımlıq müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
"Zenit" akademiyasının yetirməsi olan 23 yaşlı futbolçu burada özünü tam şəkildə sübut edə bilmədiyi üçün ayrılmağa qərar verib.
© Copyright 2026, All Rights Reserved