"Zirə"nin futbolçusuna Xorvatiyadan maraq var
"Zirə"nin müdafiəçisi Anje Mutsinzi ilə maraqlanan komandaların olduğu bildirilir.
90plus.az xəbər verir ki, 28 yaşlı oyunçunu Xorvatiyanın "Varaj"din klubu yaxından izləyir və onun çıxışını diqqətdə saxlayır.
Futbolçunun karyerasını bu ölkədə davam etdirib-etdirməyəcəyi hələ dəqiq deyil. Bununla belə, xorvat klubunun mövsüm başa çatdıqdan sonra onu transfer etmək və ya icarəyə götürmək üçün təşəbbüs göstərəcəyi gözlənilir.
Mutsinzinin “Zirə” ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinədək qüvvədədir. O, 2024-cü ilin avqustunda Norveçin "Jerv" klubundan “Zirə”yə transfer olunub.
© Copyright 2026, All Rights Reserved