"Zirə"nın futbolçusu 90 dəqiqə oynadı, millisi məğlub oldu

"Zirə"nın futbolçusu Ange Mutsinzinin komandası Ruanda öz meydanında Liviyaya məğlub olub.
90plus.az xəbər verir ki, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 5-ci turunda Ruanda öz meydanında Liviyanı qəbul edib. 5 oyundan qazandığı 5 xalla 2-ciliyə iddialı Ruandanın heyətində "Zirə"li Ange Mutsinzi çıxış edir.
O, bu matçda 90 dəqiqə meydanda olub və 6.4 ortalama balı ilə qiymətləndirilib.
© Copyright 2025, All Rights Reserved